Bakı Uşaq və Gənclər Teatrının ildönümü münasibətilə festival keçiriləcək. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Bakı Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
“Bir teatr – bir festival” layihəsi çərçivəsində “3+3” adlı festival baş tutacaq. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gənc Tamaşaçılar Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Bakı Uşaq və Gənclər Teatrının tamaşaları nümayiş olunacaq.
Festival 1, 2, 3 noyabr tarixlərində keçiriləcək.