Çərşənbə axşamı tonqal üstündən tullanmaq istəyənlər üçün xüsusi tədbir keçiriləcək. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az “Salaam Cinema Baku”ya istinadən xəbər verir.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması ifadə olunur. İlk bəşər övladları odu, ocağı, günəşi onları şərdən qoruyacağına inanıblar. “Salaam Cinema” ailəsi bu çərşənbəni birlikdə qeyd etməyə dəvət edir.
Tədbirə özünüzlə çay içmək üçün şirniyyat, kartof, marşmello, göbələk, müxtəlif içkilər alıb gələ bilərsiniz. Sosial mətbəx açıb bayramı birlikdə qeyd etmək mümkündür.
Tədbir 28 fevral saat 16:00-19:00 arası baş tutacaq. Giriş sərbəstdir.