Bakıda uşaqlar üçün kulinariya master-klası keçiriləcək. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Aşpaz Albina Məmmədova tərəfindən uşaqlar üçün keçiriləcək ustad dərsi “D’lite” kafesində baş tutacaq. Burada uşaqlar müxtəlif şirniyyatların hazırlanmasında iştirak edəcəklər.
Tədbir 6 may saat 14:00-16:00 arası baş tutacaq. Biletləri İticket.az saytından almaq olar. Qiymət 25 AZN-dir.