Bakıda uşaqlar üçün sirk keçiriləcək. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Uşaqlar üçün sirk” adlı tamaşa uşaqları sehrli fəndlərlə, kəndirbazların çıxışları, quşlar və pudellərin nümayiş etdirdiyi unikal hərəkətlərlə sevindirəcək. Bir çox tamaşalarda balacaların özləri də iştirak edərək interaktiv təcrübənin bir hissəsinə çevrilə biləcəklər.
Tədbir 29 oktyabr saat 11:00-12:00 arası Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq. Biletlərin qiyməti 6-25 AZN arası dəyişir.