Bakıda 15 aprel tarixində "Vesnyanka" adlı Ukrayna-Azərbaycan Mədəniyyətinin Birinci Festival-Yarmarkası keçiriləcək. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az məlumat verir.
Tədbir zamanı qonaqları Pasxa yarmarkası, xeyriyyə sənətkarlıq yarmarkası, konsert proqramı, ustad dərsləri, tematik foto zonası, fudkort, kostyum, etnik geyimlərin, aksesuarların və zinət əşyalarının sərgisi, 3 dildə (ingilis, Azərbaycan və Ukrayna) etnik geyimlər haqqında mühazirə və digər maraqı fəaliyyətlər gözləyir.
Yarmarka saat 12:00-dan 18:00-a kimi davam edəcək. Giriş sərbəstdir.