Bakıda “Mikrokosmos” filminin nümayişi və müzakirəsi baş tutacaq. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az “Salaam Cinema Baku”ya istinadən xəbər verir.
“Mikrokosmos” Poltavanın (Ukrayna) Polovki mikrorayonunda postsovet məhəlləsindəki gündəlik həyatdan bəhs edən sənədli filmdir. Filmdə sənətçi kosmonavt kimi məhəlləni gəzir. O, Polovki sakinləri ilə onların arzuları, həyatı və bu yaşadıqları məhəllədəki uşaqlıq xatirələri haqqında danışır. Bu görüşlərdən sonra, sənətçi stadionda performans edərək onların arzularını səmaya buraxır.
Filmin nümayişindən sonra sənətçi Dariya Puqaçova ilə filmin müzakirəsi baş tutacaq. Tədbir 5 may saat 19:00-da “Salaam Cİnema Baku”da baş tutacaq. İştirak qiyməti 3 AZN təşkil edir. Biletlər girişdə təqdim olunacaq.