Heydər Əliyev Mərkəzində Vyana kamera orkestrinin konserti keçiriləcək. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Mərkəzə istinadən xəbər verir.
77 yaşı olan Vyana Kamera Orkestri dünyanın ən yaxşı musiqi kollektivlərindən biri sayılır. Vyana Kamera Orkestri konsertlərini, əsasən, öz daimi yaradıcı meydanı olan “Vienna Musikverein” konsert zalında təqdim edir. Bu baxımdan Bakı konserti musiqisevərlər üçün əsl hədiyyə olacaq.
Tədbir 16 iyun saat 20:00-da başlayacaq. Biletləri İticket.az saytından almaq mümkündür.