Bakı şəhəri ərazisində kimsəsizlər üçün 2 xəstəxana var. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Küçədə yaşayan kimsəsiz adamlar üçün Bakı şəhərində xüsusi xəstəxanalar ayrılıb. 14 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında kimsəsizlər üçün yer ayrılıb.
“Həmin xəstələr zərurət yarandığı halda, digər ixtisaslaşmış xəstəxanalara da köçürülə bilirlər”, - deyə TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev bildirib.