Bakıdakı Rus Evində 22 aprel tarixində xeyriyyə Pasxa bazarı baş tutacaq. Bu haqda bu gün, aprelin 6-da Bakuplus.az məlumat verir.
Tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Rusiyalı Həmvətənlər Koordinasiya Şurası, Azərbaycanın Rus icması, Rus Mədəniyyət Mərkəzi və “Yaşlek” tatar gənclər mərkəzinin dəstəyi ilə təşkil olunur.
Qonaqlar ustaların əl işlərindən ibarət hədiyyə və məhsullar əldə edə biləcəklər. Toplanan vəsait valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək üçün xərclənəcək.
Yarmarka saat 12:00-dan 17:00-dək davam edəcək.