Bakının yaxınlığındakı bəzi bağ evləri yüz milyonlarla dollara satılır. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu binaların baha olmasının səbəbi təkcə yerləşmə yeri deyil, həm də tikintidə istifadə olunan materiallardır.
Mütəxəssis bildirib ki, saytlarda 20 milyon manata bağ evlərinin satışı ilə bağlı elanlara rast gəlmək olar. Ancaq daha bahalı evlər haqqında məlumat adətən internet saytlarında görünmür.
Osmanlının sözlərinə görə, hətta yüz milyonlarla manatlıq bağ evləri var, bəzi təsərrüfat sahələrinin ərazisi 50 hektara çatır.