top
Bakıda Yay Caz Günlərinin konserti keçirilib
04 iyul 2023, 02:20
- ↺ +

Bakıda Yay Caz Günlərinin konserti keçirilib

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib. Bu barədə BakuPlus.az mərkəzin mətbuat xidmətinə istinadən bu gün, 4 iyul tarixində xəbər verir.

İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb.

Ötən gün Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin Auditorium zalında iki konsert proqramı təqdim olunub. Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan Meltem “Ege” qrupu ilə çıxıb. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşayiət edib. Bu dəfə orkestr tamaşaçılarının qarşısına fərqli ampluada çıxaraq klassika və cazın tandemini təqdim edib.

Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.

Bu gün isə Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı nominantı məşhur pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxacaq.

İyulun 5-i və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları təqdim olunacaq.

İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarların caz improvizasiyalarını ifa edəcək. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Aktual Xəbərlər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Dünən, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Dünən, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Dünən, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Dünən, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
27 sentyabr 2026, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 sentyabr 2026, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
27 sentyabr 2026, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
27 sentyabr 2026, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
27 sentyabr 2026, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Oxşar xəbərlər