Dövlət Yol Polisi səkilərdə və digər parkinq üçün nəzərdə tutulmayan yerlərdə avtomobillərini saxlayan sürücüləri cərimələyib. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Rövşən Tağıyevə istinadən məlumat verir.
050-8000-902 WhatsApp nömrəsinə 1 ay ərzində vətəndaşlar tərəfindən dayanma və durma qaydalarını pozan 62 sürücü barəsində fotomateriallar daxil olub. Nəticədə 58 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb, fotolarda 4 avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olmayıb.
Qayda pozan sürücülərin əksəriyyətinin avtomobilləri səkilərdə və ya avtobus dayanacaqlarında saxladığı müəyyən edilib.
[URIS id=121239]