Bakı şəhəri, Yasamal rayonu sakinləri həyətlərindəki antisanitariyadan narahatdırlar. Bu haqda məlumat Bakuplus.az-a izləyicisindən daxil olub.
Sakinlərin sözlərinə görə, binada qalan qonşular zibilləri pəncərələrdən atırlar. Zibil yerə düşərsə, səhərlər təmizlik işçiləri tərəfindən yığışdırılır.
Amma bəzən məişət tullantıları olan bağlamalar həyətdə yerləşən qarajların damına düşür. Belə olan halda zibil uzun müddət orada qalır. Çürüyən zibil antisanitar vəziyyətə səbəb olur, həşərat və siçovulları cəlb edir.
Ev sakini qeyd edir ki, bir çox köhnə kirayəçilər köçüb, onların yerinə yeni mənzil sahibləri gəliblər. Zibillər gecə saatlarında çölə atıldığı üçün təqsirkarı tapmaq və onunla profilaktik söhbət aparmaq mümkün olmur.