Cari tədris ilində paytaxt üzrə 4 nəfər direktor, 7 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini və 2 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin olunub. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Həmçinin Bakıda 1227 nəfər müəllim müddətsiz müqavilə ilə, 500 nəfər müəllim isə müddətli müqavilə ilə işlə təmin olunublar.