Sakinlər Bakı şəhəri 3 saylı şəhər poliklinikasında yaranmış vəziyyətlə bağlı narahatdırlar. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
“Poliklinikaya arayış almaq üçün müraciət etmişdim. Lakin gördüyüm mənzərə məni dəhşətə gətirdi. Çardaq keyfiyyətsiz inşa edildiyi üçün yağan yağış içəriyə dolur. Su alçıpan tavanı sıradan çıxarır. Nəticədə isə ortaya gördüyünüz mənzərə çıxır”, - deyə sosial şəbəkə istifadəçisi yazıb.
Məsələ ilə bağlı TƏBİB-ə müraciət göndərilib.