Bakıda bir sıra tibb müəssisələrinin rentgenlərində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Bakı Baş Səhiyyə Mərkəzi”nin müraciəti əsasında aparılan yoxlama zamanı Bakı şəhərində yerləşən 19 və 20 nömrəli Uşaq, eləcə də 2, 35 və 37 nömrəli Şəhər poliklinikalarının rentgen avadanlıqlarında nöqsanlar aşkr edilib.
Bununla bağlı həmin tibb müəssisələrində rentgenlərin istifadəsi dayandırılıb. Yoxlamalar davam edir.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız xüsusi icazələri olan tibb müəssisələrinə müraciət etmələrini xahiş edir.