İsrailin müdafiə naziri Yoav Qallant Bakı bulvarında səhər qaçışına çıxarkən Twitter-də paylaşım edib. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az məlumat verir.
"Bakıdan sabahınız xeyir", - deyə nazir Twitter-də yazıb.
Yoav Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu qeyd edib. Səfər zamanı o, Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb. Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
בוקר טוב מבאקו, אזרבייג׳אן.
מתחילים יום ומסיימים
ביקור קצר ומוצלח ???? pic.twitter.com/iN5jwzsZ7s
— יואב גלנט - Yoav Gallant (@yoavgallant) July 14, 2023