Bakıda Pakistan məhsulları sərgisinin nümayişi başlanıb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az məlumat verir.
Sərgidə Pakistan istehsalı olan əl işləri, zərgərlik məmulatları, geyimlər, əl işi dekorasiya məhsulları təqdim olunacaq. Həmçinin sözügedən məhsulları əldə etmək mümkündür.
Tədbir 28 iyul - 2 avqust tarixlərində hər gün saat 10:00-20:00 arası Bakı İdman Sarayında keçiriləcək. Sərgiyə giriş sərbəstdir.