Bakı Ekspo Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasına istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “100 il – 100 ağac” başlığı altında ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının sədri, eləcə də “Caspian Event Organisers”, “Iteca Caspian”, “AzExpoMontage”, “Caspian Freight Services”, “Greenwich Travel Club” şirkətləri və Bakı Ekspo Mərkəzin nümayəndələri iştirak ediblər.
Bundan əlavə, proqrama müxtəlif fəaliyyət növləri də əlavə olunub.
[caption id="attachment_99515" align="alignnone" width="640"]
Foto Azərbaycan Sərgi Təşkilatçıları AssosiasiyasıA[/caption]