Bakı Filarmoniyasında aprelin 1-də Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert olacaq. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az məlumat verir.
Konsert Bank VTB (Azərbaycan), Bakıdakı Rus Evi və Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunur.
Konsertin proqramına “Zənglər” vokal-simfonik poeması və fortepiano ilə orkestr üçün İkinci konsert daxildir. Dirijor pultu arxasında Xalq artisti Yalçın Adıgözəlov olacaq.
“Zənglər” poemasını Moskvadan vokalçılar Yelizaveta Kulagina (soprano) və İqor Morozov (tenor) ifa edəcəklər. Bariton partiyasını hazırda Manheymdə fəaliyyət göstərən məşhur opera müğənnisi Əvəz Abdulla səsləndirəcək. Fortepiano üçün İkinci konserti Moskva konservatoriyasının məzunu, türk pianoçusu Gökhan Aybulus ifa edəcək.