Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vətəndaşlarla onlayn görüş keçirəcək. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Raqif Abbasov "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin "Gənclərin inkişafı" layihəsi çərçivəsində “Zoom” proqramı vasitəsilə vətəndaşlarla danışacaq.
Tədbir 16 aprel saat 20:00-da baş tutacaq. İştirak etmək istəyənlər adıçəkilən qurumların rəsmi səhifələri ilə əlaqə saxlaya bilərlər.