Paytaxtda “Bakı şəhərinin memarlığı” mövzusunda mühazirə keçiriləcək. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Mühazirəni tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev aparacaq. Tədbir “Nine Senses” İncəsənət Mərkəzində keçiriləcək.
Elçin Əliyev beynəlxalq mükafatlara layiq görülmüş 70-dən çox memarlıq və dizayn layihəsini həyata keçirib. O, Bakı Memarlıq Klubunun prezidenti və “Pəncərə – mədəniyyətə baxış” İntellektual Klubunun təsisçisidir.