Paytaxtın Yasamal və Binəqədi rayonlarında iki küçədə asfalt örtüyü yenilənib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Azəravtoyola istinadən xəbər verir.
Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 1800 kv.m sahədə bərpa olunub. Binəqədi rayonunda isə Cəfər Xəndan küçəsi 600 kv.m sahədə təmir edilib.
Hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işləri qeyri-iş günləri həyata keçirilib.
[URIS id=36221]