Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə musiqili fləşmob keçirilib. Bu haqda bu gün, 3 iyun tarixində AZAL-in Mətbuat Xidməti məlumat verib.
Hava limanına gələn sərnişinlər musiqi proqramı ilə qarşılanıblar.
İyunun 2-də Azərbaycan Mülki Aviasiyasının yaranmasının 85 illiyini qeyd edib.