Bakı küçələrində narkotik satan kanallar reklam olunur. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az xəbər verir.
Paytaxt küçələrində narkotik satıcılarının reklamları yayılıb. Belə ki, Bakının bir sıra ərazilərində narkotik satan telegram kanallar reklam olunur. Naməlum şəxslər divarlara bukletlər yapışdırır, hətta spreylə həmin kanalların adlarını yazırlar.
Hazırda Statistika dairəsi yaxınlığında və Əhməd Cəmil küçəsində bu kimi reklamları görmək olar.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/05/1_1.mp4"][/video]