İyul ayında hansı filmlərə baxmaq olar? Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az xəbər verir.
Yay ayları adətən böyük filmlərin premyerası üçün əlverişli dövr sayılır. İyul ayında Bakı kinoteatrlarında bir sıra maraqlı filmlər nümayiş olunacaq. Həmin filmləri diqqətinizə çatdırırıq.
“Oppenheymer” - Hamını qorxuya salan atom bombasını yaradan Ropert Oppenheymerin həyat hekayəsindən danışır. Filmi məşhur rejissor Kristofer Nolan çəkib. Film 20 iyulda böyük ekranlara çıxacaq.
“Çətin Tapşırıq: Ölümcül Hesablaşma” - Hər kəs üçün artıq doğma olan bu film 61 yaşlı Tom Kruzun inanılmaz performansı ilə 13 iyul tarixindən nümayiş olunacaq.
“Barbi” - Barbini “Barbiland”dən yetərincə gözəl olmadığı üçün qovurlar. O da normal dünyada yaşamağa başlayır. Filmə 20 iyul tarixindən baxmaq olacaq.
Hazırda isə kinoteatrlarda gedən filmlərin bəziləri aşağıdakılardır: