Bakı Kitab Mərkəzində Novruz bayramı ilə əlaqədar xüsusi dərnək təşkil olunacaq. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Mərkəzə istinadən xəbər verir.
Belə ki, master-klas kətan çantaların (eko-çantaların) rənglənməsi üzrə keçiriləcək. 6-12 yaş arası iştirakçılar özləri çantanı bəzəyərək özünəməxsus dizayn yaratmağı öyrənəcəklər.
Master-klas “Frida Co” şirkəti və “Ecaz Art & Hobby Shop” mağazası ilə birgə təşkil olunur.
Tədbir 4 mart saat 12:00-da baş tutacaq. Novruz yaradıcılıq dərnəyində iştirak etmək üçün “Baku Book Center”in kassasından bilet əldə etmək mümkündür.