Bakı şəhəri 136 nömrəli tam orta məktəbin 8ç sinif şagirdində martın 31-də vərəm xəstəliyi aşkarlanıb. Bu haqda bu gün, 6 aprel tarixində APA məlumat verib.
Həmin şagird martın 10-dan dərslərdə iştirak etməyib. 10-cu sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir.
Məktəbdə dezinfeksiya işləri aparılıb. Uşağın sinif yoldaşlarına peyvənd vurulub.