Bakı məktəblərində monitorinqlər aparılacaq. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq keçiriləcək. Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılacaq.
Belə ki, şagirdlərə tədris dili üzrə 15, riyaziyyat fənni üzrə 15, xarici dil üzrə isə 10 sual olmaqla, ümumilikdə 40 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.
Monitorinqlər 17 may 2023-cü il tarixindən etibarən başlayacaq.