Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 51 sinfi ali məktəblərə qəbul imtahanlarında yüz faizlik nəticə göstərib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report.az-a istinadən məlumat verir.
287 nömrəli "Zəkalar" liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.
Həmçinin 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316 nömrəli tam orta məktəblərin və 220 nömrəli məktəb-liseyin 1 sinfi yüz faizlik nəticə göstərib.