“Bakı Marafonu 2023”ə qeydiyyat başa çatıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az marafonun saytına istinadən xəbər verir.
Ümumilikdə Bakı Marafonu üçün 17.250 nəfər qeydiyyatdan keçib. Onların arasında yerlilərlə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar var.
Bakı Marafonunda 1-ci yerə görə 3000 AZN, 2-ci yerə görə 2000 AZN, 3-cü yerə görə isə 1000 AZN məbləğində mükafat nəzərdə tutulub. Marafonun uzunluğu 21 kilometr təşkil edir.
Tədbir 7 may tarixində keçiriləcək.