Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası aprelin 15, 22 və 29-da nümayiş ediləcək. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az məlumat verir.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjimançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa ürkək, vəfalı və dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur.
Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür.