“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov kafedra müdiri olduğu Azərbaycan Memarlıq-İnşaat Universitetində səhhətinə görə 6 aydır ki, işdən kənarda qalıb. Bu haqda bu gün, 21 mart tarixində Oxu.az məlumat verib.
Universitetin əməkdaşının sözlərinə görə, hazırkı qeyri-müəyyənlik universitet rəhbərliyini də narahat edir. Əhmədovun işə gəlməməsi şöbənin işinin ləngiməsinə səbəb olub. Buna görə də rəhbərlik Əhmədova iki dəfə istefa verməyi təklif edib. Amma o, həmişə bu təklifə məhəl qoymayıb.
Əhmədov onurğa-beyin iltihabından əziyyət çəkir və əlil arabasına möhtac qalıb.