Bakı Metropolitenində keçiriləcək tədbirlərin proqramı açıqlanıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Sərnişinlər üçün nəzərdə tutulan əyləncə proqramı aşağıdakı kimidir:
18, 19 mart - Milli musiqi üçlüyü və simli kvartetin ifasında hər biri 45 dəqiqə davam edən konsert proqramları təqdim olunacaq:
- “İçərişəhər” - 10:30-12:00;
- “Sahil” - 11:30-13:00;
- “Elmlər Akademiyası” - 13:30-15:00.
18, 19 - mart - Əməkdar artist Bəhram Bağırzadə “Bakı Metropoliteni” QSC-nin təqdimatında uşaqlar üçün qələmə aldığı kitabları öz imzası ilə təqdim edəcək:
18, 19 mart - Bahar qız, Keçəl, Kosa, sirk ustaları və iri oyuncaqların şousu:
- “İçərişəhər” – 12:00-13:30.
19-22 mart - Retro vaqonların nümayişi:
- “İçərişəhər” – 10:00-22:00.