Bakı metrosu Novruz bayramı ilə əlaqədar şənlik təşkil edəcək. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Bakı Metropoliteninə istinadən xəbər verir.
18 və 19 mart tarixlərində metronun “İçərişəhər” stansiyasında müxtəlif şənliklər təşkil ediləcək. Proqram aşağıdakı kimi olacaq:
- Zəngin şou-proqrama bayramın əsas qəhrəmanları - Bahar qız, Keçəl və Kosa ilə yanaşı, sirk ustaları da dəvət ediliblər;
- Azyaşlı sərnişinlər üçün bol hədiyyələr, uşaqlar üçün kitabların təqdimatı olacaq;
- 2 gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq;
- 19-22 mart tarixlərində “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək.