Bakı metrosunda xüsusi musiqi proqramı yayımlanır. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar bu gün ərzində metropolitenin stansiyalarında müxtəlif bəstəkarların musiqiləri səsləndiriləcək, həmçinin ulu Öndərin müxtəlif vaxtlarda dilə gətirdiyi ifadələri yer alacaq.
Proqramda ümummilli liderin metropolitenlə bağlı tarixi əhəmiyyətə malik və metropolitençilər üçün aforizmə çevrilmiş sözləri də səsləndiriləcək.
Bundan əlavə, layihə çərçivəsində ulu öndərə həsr olunmuş müxtəlif sosial əhəmiyyətli mövzular sərnişinlərin diqqətinə çatdırılacaq.