Bakı metrosunda gənc oğlan qatar hərəkətdə olarkən vaqonlararası qapını açıb. Bu haqda bu gün, 31 mart tarixində Oxu.az məlumat verib.
Hadisə “Nizami” metro stansiyasında baş verib. Qeyd olunur ki, sərnişin digər vaqona tərəf uzanaraq pəncərəni döyüb və geri qayıdıb.
“Bakı Metropoliteni” QSC-dən bildirildi ki, məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə Polis İdarəsində araşdırmalara başlayıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/03/1080p1.mp4"][/video]