Bakının 545 küçəsi yuyulub. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar bu gün paytaxtda ümumşəhər daxili iməciliyi keçirilib.
Keçirilən abadlıq-təmizlik işləri ilə əlaqədar Bakı şəhərinin 545 əsas küçə və prospektləri təbiətə ziyanı olmayan vasitələrlə yuyulub və genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
[caption id="attachment_103145" align="alignnone" width="640"]
Foto BŞİH[/caption]
[caption id="attachment_103144" align="alignnone" width="640"]
Foto BŞİH[/caption]