Paytaxtın Suraxanı və Xətai rayonlarında qaz olmayacaq. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 10 noyabr 2022-ci il tarixində qazın verilişi dayandırılacaq.
Bu səbəbdən Xətai rayonunun Müşviq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.