Binəqədi və Xətai rayonlarında qaz kəsilib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonları, "Xutor" yaşayış massivi, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsində qaz kəsilib.
Xətai rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən rayonun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, F.Bayramov, Natiq Əliyev, Afiyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, eləcə də Xocalı və Babək prospektlərinin bir hissəsində qaz olmayacaq.
Məhdudiyyətlər gün ərzində davam edəcək.