Bakı məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıblar. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Azərbaycan Respublikası Təhsil İnstitutuna istinadən xəbər verir.
Türkiyə Dəyanət vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nihad Hacızadə, həmin liseyin XI sinif şagirdi Dəniz Səttarlı, eləcə də Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə Kimya Olimpiadasında bürünc medal qazanıblar.
Yarış 16-25 iyul tarixlərində İsveçrənin Sürix şəhərində təşkil edilib.