Paytaxtın 3 rayonunda qaz təchizatında fasilə yaranacaq. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
“Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” NQÇİ-yə məxsus üç qaz ölçü qovşağında daraldıcı qurğuların əvəzlənməsi və Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən qazın verilişi müvəqqəti dayandırılacaq.
Təmir-quraşdırma işləri zaman Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) qaz təchizatında fasilə yaranacaq.