Paytaxtın bir neçə qəsəbəsində 12 yanvar 2022-ci il tarixində içməli su kəsiləcək. Bu haqda Azərsu ASC-nin mətbuat xidməti məlumat yayıb.
Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ masssivləridə gün ərzində su olmayacaq.
Səbəb olaraq magistral su xətlərində aparılan təmir-bərpa işləri göstərilir.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə qurum bildirib.