Bakıda 77 saylı avtobusların sürücüləri daim qayda pozurlar. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Space News-a istinadən xəbər verir.
Belə ki, adıçəkilən marşrut xətti paytaxtda ən çox sərnişin şikayətinə məruz qalan avtobuslardan biridir. Ancaq sürücülər təhlükəsizlik qaydalarına riayət etmirlər. Onlar nəqliyyat vasitələrini təhlükəli sürürlər, qapıları açıq saxlayırlar, avtobusa dəfələrlə artıq sərnişin götürürlər.
“Bəzən sürəti artırırlar, sükan arxasında telefonla danışırlar”, - deyə sərnişinlər bildirirlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı bildirilib ki, təhlükəli vəziyyətlər müşahidə kameraları vasitəsilə aşkarlanacaq və sürücü məsuliyyətə cəlb olunacaq.