Bakının 2 küçəsində içməli su kəsiləcək. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Sabah gündüz saatlarında Bakının Cəlil Məmmədquluzadə küçəsinə və İzmir prospektinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.