Bakının Binəqədi və Yasamal rayonları ərazisində qaz kəsiləcək
Bakuplus.az "Azəriqaz"a istinadən xəbər verir ki, buna səbəb təmir-bərpa işləridir.
Məhdudiyyət 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-in Bakı şəhər Dövlət Yol Polisi İdarəsini əhatə edəcək.