Bakıda təmizlik və abadlıq işləri davam edir. Bu haqda BakuPlus.az bu gün, 8 aprel tarixində xəbər verir.
Paytaxtın Yasamal rayonu ərazisində Rayon İcra Hakimiyyətinin koordinasiyası ilə Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Yasamal bələdiyyəsinin əməkdaşları küçə və məhəllələrdə səliqə-səhman və təmizlik işləri görürlər.
Yaşıllıq ərazilərdə ot örtüyü biçilib, hündür ağaclardan polietilen torbalar yığılıb, ictimai obyektlərin önündə səliqə-səhman yaradılıb.
İşlər hazırda da davam edir.