Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlamalar zamanı heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az məlumat verir.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qurğular sökülüb.
Yoxlamalar davam etdirilir.