Bakının mərkəzi hissəsində su olmayacaq. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrində, həmçinin Bülbül prospektində suyun təchizatı məhdudlaşdırılacaq.
Bu, əsas su təchizatında aparılan işlərlə bağlıdır. Qurum narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.