Bakının mərkəzində yerləşən eskalator işləmir. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az xəbər verir.
Metronun “Sahil” stansiyasından bulvar ərazisinə çəkilən yeraltı keçiddə eskalator işləmir. Həmin yerdə pandus da olmadığından araba ilə olan sakinlər çətinlik çəkirlər.
Pilləkən eskalatorları ilə yanaşı, düz hərəkət edən eskalatorlar da işləmir.
[caption id="attachment_107944" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]